Bərdədə evdə yanğın olub

Bərdə şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin 1 otağının yanar konstruksiyaları 54 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. "Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd edilib.