İrəvan-Gümrü yolunda ağır qəza: 14 yaralı

Ermənistanın Araqatsotn rayonunda baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb.

Məlumata görə, qəza yanvarın 20-də saat 17:30 radələrində İrəvan-Gümrü avtomobil yolunda "Mersedes Vito" markalı mikroavtobus və "Opel Astra"nın toqquşması nəticəsində baş verib:

"Toqquşmadan sonra “Mersedes” beton maneəyə çırpılıb və o, bir neçə metr kənara düşüb. Xəsarət alanlar içərisində azyaşlı uşaqlar da var".