Təyyarə çimərliyə təcili eniş edib, 1 nəfər ölüb


Meksikada paraşütlə tullanma ilə məşğul olan 5 nəfərin olduğu təyyarənin çimərliyə məcburi eniş etməsi bir nəfərin ölümünə səbəb olub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  Meksikanın Oaxaka əyalətinin səlahiyyətliləri verdiyi açıqlamada 4 kanadalı və 1 meksikalı idmançının olduğu təyyarənin ölkənin cənubundakı çimərliyə təcili eniş etdiyini bildirib.

Səlahiyyətlilər bildiriblər ki, təyyarə təcili eniş zamanı çimərlikdə bir nəfərin ölümünə səbəb olub.

Səlahiyyətlilər təyyarədəki heyətə tibbi yardım göstərildiyini və vəziyyətlərinin “stabil” olduğunu bildirib. Təyyarənin niyə təcili eniş etdiyi barədə heç bir məlumat paylaşmayıb.