Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib, reanimasiyadadır

Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, yazıçının beyninə qan sızıb, vəziyyəti orta-ağırdır:
“Hazırda reanimasiyadadır. Müalicəsi davam etdirilir”.
Xalq yazıçısının ailəsindən APA-ya bildirilib ki, Mövlud Süleymanlı yarı koma vəziyyətindədir.