DYP əməkdaşları yol kənarından odlu silah aşkar ediblər

Dövlət Yol Polisi cinayətkarlığa qarşı mübarizə tədbirləri davam edir.

DYP-dən verilən xəbərə görə, ötən gün YPX əməkdaşları tərəfindən daha bir odlu silah aşkar edilib.

Belə ki, Şəki-Giriş yolunun Şəki rayonu, Çeşməli kəndi ərazisindən keçən 6-cı kilometrliyində xidmət aparan YPX Alayının əməkdaşları tərəfindən yolun kənarında parçaya bükülmüş bir ədəd nişangah qurğusu olan ov tüfəngi aşkar edilib. Götürülən silah sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhvil verilib.