3 uşağını itirib: Bu dəfə körpəyə ana bətnində qan köçürüldü

  Türkiyənin İzmir şəhərində ana bətnindəki körpəyə qan köçürülüb.
"Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, 31 yaşlı Zəhra Turan həyat yoldaşıyla qan uyğunsuzluğu səbəbindən 3 körpəsini itirib. İzmirin Menemen bölgəsində yaşayan Zəhra Turanın 1 qız övladı var. Övladı dünyaya gələnədək Zəhranın 2 körpəsi ana bətnindəcə məhv olub. Həkimlər ananın qanının uyğunsuzluğunu səbəb göstəriblər. Müəyyən müalicələrdən sonra Zəhranın qız övladı dünyaya gəlib. Lakin bundan sonra hamilə qalan Zəhra yenə körpələrini itirib. Bu dəfə isə İzmir Şəhər Xəstəxanasında professor, doktor Atalay Ekin hamiləliyinin 28-ci həftəsində olan ananın körpəsinə bətndaxili qan köçürülməsi əməliyyatını icra edib. Bu, ananın qarnından körpənin göbəyinə iynə vasitəsilə qan vurulmasıyla mümkün olub. Əməliyyatı ciddiyə alan həkim ən xırda belə səhvə yol verməyin körpənin öülümü ilə nəticələnəcəyini bilib. Lakin əməliyyat uğurla başa çatıb. Zəhra Turan bundan sonra da nəzarət altında saxlanacaq. Həkimlər bildirib ki, indiyədək qadının körpələrinin itirməsinin səbəbi qan çatışmazlığı olub. Qan çatışmazlığından körpələrin ürək ritmi pozulub və onlar tələf olublar. Lakin qanköçürmə əməliyyatı sayəsində körpə sağlamdır, ürək döyüntüsü də normaldır.