Xankəndidə görüş: Qriqoryan 40 il sonra Zakir Həsənovla qarşılaşdı

Asəf Quliyev: “Azərbaycanla sülh şəraitində yaşamaq istəyən ermənilərə xaricdəki ermənilər həmişə satqın kimi baxıblar”

Xankəndidə azərbaycanlı ilə erməninin təsadüfi görüşü maraqla qarşılanıb. Qeyd edək ki, "İTV Xəbər Yekun" komandası Xankəndidə bu görüşün şahidi olub. Erməni Mişa Qriqoryan Xankəndidə yaşayan ermənilərdən biridir. Ötən ilin dekbarında Mişa özü sosial şəbəkədə payılaşım edərək Xankəndidə rahatca yaşadığını, kimsənin ona dəyib-dolaşmadığıni, əksinə, özünün sərbəst gəzib dolaşdığını bəyan etmişdi. Və bildirmişdi ki, Xankəndidə kafe işlədir. Bu dəfə isə erməni Mişa ilə azərbaycanlı Zakir Həsənov 40 il sonra qarşılaşıblar. Mişa yenə də razılıq edib: "Hər şey normaldır. Yaşayırıq da! Haradasa 40 ildir mən burada yaşayıram. Artıq qocalırıq". Süjetdə qeyd edilib ki, Zakir Həsənov 34 il əvvələ qədər öz doğma şəhərində aptekdə işləyib. Həmin vaxtlar Mişa Qriqoryan onun çalışdığı aptekə dəfələrlə üz tutub. Zakir Həsənovu görən kimi tanıyıb və söhbət etməyə başlayıblar. "Mən bilmirən niyə ermənilər hər şeyi qoyub getdi. Hətta ağlamaq istəyirəm. Ermənilər azərbaycanlıları təhdid edirdilər. Bu müharibəni başladanların əllərini kəsmək lazımdır. Biz o vaxt birgə yaxşı yaşayırdıq. Azərbaycanlılardan zərrə qədər zərər görməmişəm".
Xankəndidə yaşayan erməni Mişa Qriqoryanın mövqeyi digər ermənilərin də mövqeyi kimi qəbul oluna bilərmi? Vaxt vardı, Azərbaycan Ermənistana uyğun şərtlərlə sülh təklif edirdi. Ermənistan qəbul etmirdi. “Xalq diplomatiyası”nı biz dəstəkləyirdik, onlar yox. İndi vəziyyət tamamilə fərqlidir. Azərbaycan qalib tərəf olaraq şərtlərini irəli sürür. Bəs Mişa Qriqoryanın tumsalında sadə ermənilər sülh prosesinə hansısa rol oyanaa bilərmi?  

Əslən Ağdamdam olan, jurnalist, Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev “Sherg.az”a açıqlamasında Qarabağ ermənilərinin sülh  prosesinə hər hansı rol oynamasının hazırkı şəraitdə qeyri-mümkün olduğunu dedi: 
- Düşünmürəm ki, indiki şəraitdə Qarabağ ərazisində qalıb yaşayan sadə ermənilər sülh prosesində, ya neqativ, ya pozitiv, hansısa rol oyanaya bilsin. Azərbaycan dövlətinin qəti mövqeyi budur ki, Qarabağda yaşayan ermənilər bizim daxili işimizdir. Onlara münasibət Azərbaycan qanunları çərçivəsində tənzimlənir.  Əgər hər hansı erməni fərdi qaydada müraciət edib Qarabağda yaşamaq istədiyini bildirsə, Azərbaycan vətəndaşlığını qəbul etmək və Azərbaycan qanunlarına tabe olmaq şərti ilə ona müsbət cavab verilə bilər. Amma qlobal miqyasda, kütləvi sürətdə ermənillərin Qarabağa qayıtması məsələsi beynəlxaql güc mərkəzləri, beynəlxaq vasitəçilər tərəfindən qaldırılırsa, buna Azərbaycan dövlətinin cavabı bəllidir. Azərbaycan dövləti ermənilərin Qarabağa kütləvi qayıdışıma qarşılıq olaraq 1988-ci ildə Ermənistan ərazisindən (öz dədə-baba yurdlarından) didərgiun salınmış soydaşlarımızın doğma yurdlarına qayıtmaq hüququnun da tanınmasını tələb edir. Yalnız bu halda ermənilərin də Qarabağa kütləvi qayıdışı mümkün ola bilər. Ona görə də indki məqamda mən hazırda Qarabağ ərazisində qalıb yaşayan az sayda erməninin sülh prosesində hər hansı rolunun ola biləcəyini istisna edirəm. 

A.Quliyev Xankəndidə Mişadan savayı başqa ermənilərin də yaşadığını bildirdi: 
- Orda yaşayan təkcə Mişa deyil, əlbəttə. Başqa ermənilər də var.  Amma biz bilirik ki, Azərbaycanla sülh şəraitində yaşamaq istəyən ermənilərə xaricdəki ermənilər həmişə satqın kimi baxıblar. Azərbaycanın mənafeyi tərəfindən çıxış edənlərə  münasibət pis olub, indi də belədir. Ermənilər özləri də bunu bilir, bildiklərinə görə də qorxurlar, susurlar, danışmaq, ortada görünmək istəmirlər.