İstanbulda qanlı pusqu, evdən çıxan kimi güllələdilər

İstanbulda işə gedərkən silahla hücuma məruz qalan şəxs həyatını itirib.
Sherg.az xəbər verir ki, hadisə çərşənbə axşamı, fevralın 20-də saat 08.30 radələrində Güngörenin Gençosman səmtində baş verib.
İddiaya görə, Sedat Elalmış səhər işə getmək üçün evdən çıxıb. Yuxarı küçədə onu gözləyən iki nəfər Elalmışı görən kimi ona atəş açmağa başlayıb.


Silahlı hücumdan sonra gənc evinə doğru qaçmağa çalışıb və tapançadan atılan güllələrin hədəfinə çevrilib.

Sedat Elalmış evinin qarşısında yerə yıxıləb, silahlı basqınçılar isə hadisə yerindən qaçıblar.
Silah səslərini eşidən bölgədəki vətəndaşlar vəziyyəti polis və sağlamlıq qruplarına xəbər verib. Qadının yaralanan gəncə görə ağladığı anlar onun mobil telefonunun kamerasına düşüb.

Hadisə yerinə gələn sağlamlıq qrupları yaralı gənci təcili yardımla xəstəxanaya aparıb, Sedat Elalmış xəstəxanada bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Polis qrupları silahlı təcavüzkarları tutmaq üçün işlərini davam etdirir.