Bakıda 26 yaşlı gənci öldürən şəxs saxlanılıb

Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Arif oğlu Əhmədlini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əli Həmid oğlu Heybətov saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, hadisə martın 9-da baş verib.