Cəbrayılda tank mərmisi aşkarlanıb

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunundan APA-ya verilən xəbərə görə, rayonun Şəybək kəndi ərazisindən 1 ədəd avtomat və 2 ədəd tank mərmisi aşkar edilib.

Araşdırma aparılır.