İranda zəlzələ oldu

İranın Kirmanşah vilayətinin İraqla sərhədyanı bölgəsində 4,2 bal gücündə zəlzələ olub.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) nəlumat yayıb.

Episentri Sərpol-Zəhab şəhərinin yaxınlığında baş verən zəlzələ yerin 10,2 km dərinliyində meydana gəlib.

Dağıntı və tələfat qeydə alınmayıb.