Bakıda 23 yaşlı gənc özünü asaraq intihar edib 

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
"Report"un məlumatına görə, Balaxanı qəsəbəsində 2001-ci il təvəllüdlü Əliyev Murad Yusif oğlu yaşadığı evdə özünü ayaqqabı ipi ilə asaraq intihar edib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hadisənin təfərrüatı Sabunçu Rayon Prokurorluğunda araşdırılır.