Dövlət Baxçalının üzündəki yaralar nədən yaranıb? - AÇIQLAMA

MHP sədri Dövlət Baxçalının səsvermə zamanı üzündəki yaralar diqqət çəkib. MHP-nin baş katibi İsmət Büyükataman, Bahçelinin evində yıxıldığını, bu səbəbdən üzündə yaralar olduğunu açıqlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Bahçeli MHP-nin martın 17-də keçirilən qurultayına təxminən bir həftə qalmış evində qəza keçirib. Qəzadan sonra Konqresdə ilk dəfə kameralar qarşısına keçən Bahçelinin qolu sarıqlı olub.

Partiyadan verilən açıqlamada deyilir: “Sədrimiz Dövlət Baxçalı ehtiyatsız hərəkət edərkən çiyninin burulması nəticəsində qolundan zədə alıb”.

Qurultaydan 2 həftə sonra ilk dəfə səs vermək üçün kameralar qarşısına keçən MHP liderinin üzündə yaralar olduğu da görünüb.

Dəmirörən Xəbər Agentliyinə danışan İsmet Büyükataman, "Cənab Dövlət daha əvvəl də qəza keçirmişdi. Qolu zədələnmişdi . Yıxılan zaman da üzündən yaralanmışdı"-deyə bildirib.