Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb
Bursada sərnişinləri mübahisə edərək təhqir edən avtobus sürücüsü daha sonra yolun kənarına çəkdiyi nəqliyyat vasitəsindən düşərək uzaqlaşıb. Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Bursada Emek-Atatürk küçəsi xəttində sərnişin daşıyan BURULAŞ-a məxsus xüsusi ictimai avtobusun sürücüsünün günorta saatlarında dayanacaqda düşmək istəyən sərnişinə qapını açmadığı iddia edilib.
Bunun üzərinə sərnişinlərlə sürücü arasında mübahisə yaranıb.
Sürücü ona reaksiya verən sərnişinləri təhqir edib və həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.
Osmanqazi rayonunda baş verən hadisədə bir müddət sonra sürücü avtobusdan düşüb söyüş söyərək uzaqlaşıb.