Respublika Psixiatriya Xəstəxanasında ölüm

Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 63 yaşlı kişi vəfat edib.
Sherg.az Oxu.Az-a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü İlham Xasıyev bir müddətdir ki, xəstəxanada müalicə alırmış.

Respublika Psixiatriya Xəstəxanasından bildirilib ki, ilkin ehtimallara görə, vətəndaş kəskin ürək-damar çatışmazlığından vəfat edib.

"Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Məhkəmə-tibbi ekspertizasının rəyi hazır olduqdan sonra, yəqin ki, istintaq orqanı bu barədə məlumat verəcək".