Azərbaycanda arvad ərini bıçaqladı

Ucarda arvad ərini bıçaqlayıb.

Sherg.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Qaradağlı kəndində baş verib.

1997-ci il təvəllüdlü rayon sakini Elməddin Ağahüseyn oğlu İbrahimov bıçaqlanaraq yaralı vəziyyətdə xəstəxanaya çatdırıllb.

Əldə edilən ilkin məlumata görə, hadisə mübahisə zəmnində bıçaqlanan şəxsin həyat yoldaşı tərəfindən törədilib.

Faktla bağlı araşdırma başlanıb.