Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb, pilotlar həlak olub-YENİLƏNİB

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

***
Türkiyənin hərbi təlim təyyarəsi hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb.

APA NTV-yə istinadən xəbər verir ki, hadisə Kayseridə baş verib.

Hadisənin baş verdiyi əraziyə xilasedicilər cəlb olunub.