Xaçmazda şagird sinif yoldaşını bıçaqladı

Xaçmaz rayonunun Ləcət kənd tam orta məktəbində bıçaqlanma baş verib.
Sherg.az Report-a istinadən xəbər verir ki, məktəbin 11-ci sinif şagirdi Azər Babaşov sinif yoldaşı Daşdəmir Rəhimova bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.