Lənkəran Perinatal Mərkəzində yeni doğulan körpə ölüb

Lənkəran Perinatal Mərkəzində körpə ölümü baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün səhər Lənkəran Perinatal Mərkəzində dünyaya gələn oğlan uşağı ölüb.
Yaxınlarının dediyinə görə, uşaqda heç bir problem olmayıb. Körpə qeysəriyyə əməliyyatı zamanı ölüb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.