Lənkəranda avtomobil 67 yaşlı qadını vurub

Lənkəranda avtomobil piyadanı vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Şiləvar dörd yolu deyilən ərazisində baş verib. Minik avtomobili yolu keçmək istəyən Lənkəran sakini 1957-ci il təvəllüdlü Nərminə Aslan qızı Səfərovanı vurub.

Xəsarət alan qadın Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.