İstirahət mərkəzinə gedən avtobus qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var

Cəlilabadda dəhşətli yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.

Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatı, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.