Türkiyə millisi Gürcüstan qarşısına çıxır - Komandanın durumu necədir?
Yusif Nəzərli
15:14 17.06.2024
İdman
922
Türkiyə futbol millisi AVRO 2024-də ilk oyununu sabah Gürcüstana qarşı keçirəcək.
Sherg.az komandaların son durumu və matç öncəsi maraqlı məqamları təqdim edirik...
Almaniyanın ev sahibliyi etdiyi çempionatda F qrupunda yer alan Türkiyə ilk sınağını Gürcüstana qarşı keçirəcək.
"Ay-ulduzlu" komanda Gürcüstanı məğlub edərək turnirə qələbə ilə başlamağı hədəfləyib.
Qrupun digər oyununda Portuqaliya Çexiya ilə qarşılaşacaq.
Türkiyə - Gürcüstan matçında argentinalı hakim Fakundo Tello fit çalacaq.
Tellonun köməkçiləri eyni ölkədən Qabriel Çad və Ezekiel Brailovski olacaq. Matçın dördüncü hakimi Litva Futbol Federasiyasından Donatas Rumsas olacaq.
İspan Alejandro Hernandez matçda VAR-ın vəzifəsini yerinə yetirəcək.
BVB Dortmund stadionunda keçiriləcək qarşılaşma 18 İYUN, saat 19.00-da başlayacaq.
Matç "TRT 1"-də canlı yayımlanacaq.
Milli komandada müalicəsini davam etdirən İrfan Can Kahveci bu matçda meydana çıxa bilməyəcək.
İsmayıl Yüksekin durumu matç günü bəlli olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə