Saatlıda 14 yaşlı uşağı cərəyan vuraraq öldürüb

Saatlıda 14 yaşlı uşağı cərəyan vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Soltanabad kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2010-cu il təvəllüdlü Sarıyev Elgün Elşən oğlunu su nasosunun cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.