Naxçıvanda axtarışda olan şəxslərin sayı açıqlanıb

Naxçıvanda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 6 ay ərzində axtarışda olub saxlanılan şəxslərin sayı açıqlanıb.

"Sherg.az"  xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2024-cü ilin 6 ayı ərzində axtarışda olduğuna görə ümumilikdə 506, o cümlədən borclu şəxs qismində axtarışda olan 487 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.