Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Ermənistanda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan MR-nın Ordubad şəhərində 3 bala qədər hiss olunub.

Ermənistan Daxil İşlər Nazirliyinin Xilasetmə Xidmətindən isə bildirilib ki, Qacaran şəhərindən 14 km şimalda baş verən zəlzələnin gücü episentrdə 4-5 bal təşkil edib.

Yeraltı təkanla Aqarak, Mehri, Qacaran və Qafan şəhərlərində hiss olunub.