Bakıda tikintidə faciə: Fəhlənin ayağı amputasiya olundu

Bakıda bədbəxt hadisə baş verib.
 "Sherg.az"  xəbər verir ki, hadisə paytaxtın Binəqədi qəsəbəsi ərazisində sosial evlər inşa edilən ərazidə qeydə alınıb.
Orada fəhlə işləyən Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Sənan Dilqəm oğlu Hacıyevin ayağına daş düşüb.
Xəstəxanaya yerləşdirilən S.Hacıyevin sağ ayağı amputasiya olunub.