Şəkidə itkin düşən 18 yaşlı qız tapılıb

Şəkidə itkin düşən 18 yaşlı qız tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşən şəxs tapılıb, axtarışlar dayandırılıb.

Qeyd edək ki, Şəki rayonunun Oxud kənd sakini, 2006-cı il təvəllüdlü Sadıqova Lamiyə Arif qızı iyulun 8-də yaşadığı evdən çıxaraq geri qayıtmamışdı.