Qubada qəza: 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB

Qubada baş verən yol qəzasında xəsarət alanların sayı 12-yə çatıb.

Sherg.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

***
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.