Helikopter şəhidlərinin cənazələri məmləkətlərinə göndərilib - FOTO

Ispartada helikopter qəzasında şəhid olan 6 əsgərin cənazələri məmləkətlərinə göndərilib.

Sherg.az xəbər verir ki, qəza nəticəsində şəhid olan Isparta Quru Aviasiya Məktəbi komandiri briqada generalı İsa Baydilli, leytenant Mustafa Atakan Dut, leytenant Ceyhun Kalyoncu, leytenant Tunahan Dağlı, kiçik zabit baş çavuş Hüseyn İpək və kiçik çavuş Taha Nergizin cənazələri əməliyyatlar tamamlandıqdan sonra hərbi orqanlar tərəfindən aparılıb.

 
Türkiyə bayrağına bükülmüş şəhidlərin cənazələri Süleyman Dəmirəl Hava Limanına gətirilib. Burada keçirilən hərbi mərasimdə şəhidlərin tərcümeyi-halı oxunub, dualar oxunub.
Daha sonra şəhidlərin cənazələri hərbi təyyarəyə mindirilib vətənlərinə göndərilib. Mərasimdə Milli Müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi ordu generalı Metin Gürak, qüvvələr komandirləri, İsparta valisi Abdullah Erin, şəhid ailələri və hərbçilər iştirak edib.


Ötən gün səhər saatlarında Ispartanın Keçiborlu rayonunda təlim uçuşu həyata keçirən helikopterlərdən birinin qəzaya uğraması nəticəsində aralarında Isparta Quru Aviasiya Məktəbi komandiri briqada generalı İsa Baydilli də daxil olmaqla 6 əsgər şəhid olub.