Azərbaycanda zəlzələ olub, 3 bala qədər hiss edilib

Şəki stansiyasından 6km Şərqdə, Şəki-Oğuz sərhəddində 4 maqnitudalı zəlzələ olub.

Bu barədə Sherg.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan xəbər verilib.

Bildirilib ki, yerli vaxtla 08:31-də qeydə alınan yeraltı təkan 17km dərinlikdə baş verib.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.