"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Teleqraf xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqdimat təmin olunub.
Tiktoker Vüqar Zeynalzadənin həbs müddəti 1 aya qədər uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabrın 26-da tiktokerin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi, daha sonra isə bu ilin aprelində onun barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 aya qədər uzadılmışdı.
Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Bu əməliyyatlardan birində də Vüqar Zeynalzadə saxlanılıb.