Ərdoğan: Terrorsuz Türkiyə bizim ən böyük əsərimizdir
17:03 24.05.2025
Gündəm
568
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Canım İstanbul” sərgisinin açılışında çıxış edərək, “Terrorsuz Türkiyə” prosesi ilə bağlı mühüm mesajlar verdi. O, "Terrorsuz Türkiyə"nin möhkəm təməllər üzərində yüksələcəyini bildirərək, “Ən böyük əsərimiz Terrorsuz Türkiyə olacaq,” deyib.
Sherg.az xəbər verir ki, Prezident Ərdoğan, İstanbul Atatürk Mədəniyyət Mərkəzində keçirilən “Bir Şeir, Bir Həyat: Canım İstanbul” proqramında danışıb.
“Gəncliyimizin qarşısındakı bütün maneələri aradan qaldırırıq,” deyən Ərdoğan, “Terrorsuz Türkiyə bizim ən böyük əsərimizdir. Bu əsəri gənclərimizə əmanət edəcəyik,” sözlərini səsləndirdi.
Prezident Ərdoğanın çıxışından əsas məqamlar belədir:
“İstanbulun bütün sakinlərinə, həmşərilərimə hörmət və salamlarımı çatdırıram. İstanbul kimi nadir bir şəhərdə yaşamaq böyük xoşbəxtlikdir. Belə qədim bir şəhərin sakini və xidmətçisi olmaqdan şərəf duyuram. İstanbul minillərlə tarixi özündə yaşadan bir çınardır. İstanbul haqqında edilən işləri yüksək qiymətləndiririk. Millətlərin zənginliyi, sivilizasiyaya etdikləri töhfələrlə yanaşı, yetişdirdikləri şair və alimlərlə ölçülür.
Necip Fazıl, tək partiya dövründə faşizmin hər cürünə məruz qalan bir millətin özünə dönməsini təmin etmişdir. O, heç vaxt qorxmadı. Çəkdiyi əziyyətlər boşa getmədi. Bu gün milli və mənəvi dəyərlərinə sahib çıxan bir gənclik var.
Bu gün tarixini bilən, milli kimliyini dərk edən bir gənclik var. Bu gün keçmişdən aldığı ruh və mirası gələcəyə daşımaq istəyən bir gənclik var.
Gəncliyimizin qarşısındakı bütün maneələri aradan qaldırırıq. İndiyə qədərki ən böyük əsərimiz olan Terrorsuz Türkiyəni inşallah çox möhkəm təməllər üzərində yaxın zamanda yüksəldəcəyik. Bu əsəri də gənclərimizə əmanət edəcəyik.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm