Ağdamda 16 yaşlı qıza təcavüz: 4 nəfər həbs edildi - YENİLƏNİB

Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən dörd nəfər 3 aylıq həbs edilib.

Axar.az xəbər verir ki, Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib.

Zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Məhkəmənin qərarı ilə onlar haqda həbs qərarı seçilib.


***

11:03

Ağdamda 16 yaşlı qızın bir qrup şəxs tərəfindən cinski zorakılığa məruz qaldığı iddia olunur.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib.

Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailə isə hüquq-mühafizə orqanlarına müraciət edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.