32 il qabaq Kəlbəcərdə itkin düşmüş Qılman Hacıyev dəfn olundu - YENİLƏNDİ

İtkin-şəhid Qılman Hacıyev Kələntərli kənd qəbiristanlığında dəfn olundu.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, rayon sakinləri və şəhidin yaxınları iştirak ediblər.

***

13:09

İtkin-şəhid Qılman Hacıyevlə vida mərasimi keçirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, vida mərasimi şəhidin Bərdə rayonunun Kələntərli kəndində yerləşən ata ocağında təşkil olunub.

Mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, rayon sakinləri və şəhidin yaxınları iştirak edirlər.

Vida mərasimindən sonra şəhid doğulduğu Kələntərli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Hacıyev Qılman Surxay oğlu 16 noyabr 1972-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olub. 11 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.