5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı

Türkiyənin Mardin şəhərində 5 yaşlı Mehmet Selim Baran boğazında oyuncaq qalması nəticəsində həyatını itirib.

Sherg.az xəbər verir ki, hadisə avqustun 26-da Artuklu rayonunun Dara məhəlləsində baş verib.

Oyuncağın boğazına qaçmasından sonra xəstəxanaya yerləşdirilən uşaq daha sonra İstanbul Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına sevk edilib. Reanimasiya şöbəsində 20 gün müalicə alan Mehmet Selimin həyatını həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Uşağın cənazəsi yarılmadan sonra ailəsinə təhvil verilib. Onun Dara Məhəllə qəbiristanlığında dəfn ediləcəyi bildirilib.