Kolumbiyanın Kali şəhərində 7,4 bal gücündə zəlzələdən sonra dağıntılar altından bir neçə aylıq körpə sağ xilas edilib.
Sherg.az xəbər verir ki, xilasedicilər dağılan beşmərtəbəli binanın qalıqları arasında körpənin səsini eşidərək axtarışlara başlayıblar.
Körpə dağıntılar arasında bir kişinin qucağında tapılıb. Xilasedicilər ağır beton plitəni birlikdə qaldıraraq uşağa çatıb və onu təcili tibbi yardım maşını ilə xəstəxanaya göndəriblər. Körpənin vəziyyətinin ilkin olaraq ağır olduğu, lakin dağıntılardan çıxarıldıqdan sonra nəfəsinin normallaşdığı bildirilib.
Avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələ ölkədə ciddi dağıntılara səbəb olub. Axtarış-xilasetmə işləri davam edir.