Ötən gün Gəncə şəhərindəki binanın 9-cu mərtəbəsindən yıxılan 13 yaşlı X.Fərəzəliyevanın səhhəti stabildir.
Bu barədə Teleqraf-ın Qərb bürosuna Gəncə şəhər Mərkəzi Klinikadan bildiriblər.
"Xəstə əməliyyat edilib, ümumi vəziyyəti stabildir. Bədənində sınıqları çoxdur, bunlar sonrakı mərhələdə müalicə olunacaq. Qanaxma dayandırılıb, xəstənin huşu özündədir. Əsas problem qarın boşluğundadır. Beyni ciddi zədə almayıb" - xəstəxanadan qeyd edilib.
Hadisə Yeni Gəncə qəsəbəsində baş verib.
***
12.03.2026
23:00
Gəncədə 13 yaşlı qız binanın 9-cu mərtəbəsindən yıxılaraq xəsarət alıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2013-cü il təvəllüdlü X.Fərəzəliyeva Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirlib.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib