Ağdamda açıq sahədə yanğın baş verib

Ağdam rayonunun işğaldan azad olunmuş Novruzlu və Yusifcanlı kəndləri yaxınlığında, açıq sahədə yanğın baş verib.

​APA-nın Qarabağ bürosunun verdiyi məlumata əsasən, ərazini sıx tüstü və alov bürüyüb.

Hadisənin əsasən minalardan təmizlənməmiş zonada qeydə alındığı bildirilir.

Əraziyə dərhal yanğınsöndürən briqadalar yönləndirilib.