Ağdamda bir nəfər minaya düşüb

Ağdamda 1985-ci il təvəllüdlü Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu minaya düşüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun işğaldan azad olunmuş Yüsifcanlı kəndi ərazisində baş verib.

Hazırda ANAMA əməkdaşları minaya düşərək xəsarət alan şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə gedir.

Məlumata görə, minaya düşən kişinin sol ayağının dizdən aşağı hissəsinin amputasiyası baş verib.

Faktla bağlı araşdırma başlanıb.