Bakı-Sumqayıt yolunda “Prius” yük maşınına çırpıldı: Ölən var - YENİLƏNİB + VİDEO


Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. 
Oxu.Az-ın məlumatına görə, qəza zamanı minik avtomobilinin sürücüsü, 33 yaşlı Aqil Məmmədov ölüb. 
“Toyota Prius” markalı maşındakı 21 yaşlı sərnişin isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 
Faktı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a təsdiq ediblər.
09:46
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə “Ekologiya postu” yaxınlığında qeydə alınıb.
Qəza zamanı “Toyota Prius” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb. 
Hadisə yerinə təcili tibbi yardım və yol polisi əməkdaşları cəlb olunub. 
Hadisə yerindən görüntüləri təqdim edirik: