Bakıda 53 yaşlı kişi qətlə yetirilib

Bakıda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə fevralın 21-də Şüvəlan qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini 1982-ci il təvəllüdlü İqor Lisenko münaqişə zəminində həmyerlisi 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqla öldürüb.

İ.Lisenko əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.