Bakıda ağır qəza: “Prius” aşdı - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
Oxu.Az xəbər verir ki, qəza gecə saat 1 radələrində Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə zamanı minik avtomobili ilə toqquşan “Toyota Prius” markalı avtomobil səkiyə çıxaraq aşıb. 
Qəza zamanı ölən və ya xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur. 
Hadisə yerinə DYP və FHN əməkdaşları cəlb ediliblər. 
Qəza yerindən görüntüləri təqdim edirik: