Çərşənbəyə gələcəkdi, raket qurbanı oldu – İsraildə azərbaycanlının faciəli ölümü

İsrail ərazisinə həyata keçirilən raket hücumu nəticəsində azərbaycanlı şəxs həlak olub.

Bakupost.az xatırladır ki, hadisə martın 9-da Yəhud şəhərində yerləşən tikinti sahəsində baş verib.

"Oğlum bilet almışdı ki, evinə gəlsin. Çərşənbə bayramına görə gələcəkdi. Amma müharibə başladı, gələ bilmədi. Hadisə günü iş yerinə baş çəkməyə getmişdi. Həmin vaxt obyektin yanına raket düşüb. Oğlum elə orada dəfn olunub. Yollar bağlı olduğuna görə cənazəsini Azərbaycana gətirə bilmədik", - deyə Amid Murtuzovun atası Əli Murtuzov Baku TV-yə bildirib.

Qeyd edək ki, Amid Murtuzov həm Azərbaycan, həm də İsrail vətəndaşı olub. O, uzun illər əvvəl ailəsi ilə birlikdə İsrailə köçüb və Petah Tikva şəhərində yaşayıb.