Dələduzluqda şübhəli bilinən 2 nəfər saxlanıldı

Azərbaycanda dələduzluq edən şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının martın 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.