Ermənistanda “Vardaşen” həbsxanasından məhkum qaçıb

Ermənistan Ədliyyə Nazirliyinin Cinayət-İcra Xidməti bildirib ki, “Vardaşen” həbsxanasından məhkum qaçıb.

Yerli medianın məlumatına görə, bu gün səhər tezdən cəzaçəkmə müəssisəsinin əməkdaşları növbəti yoxlama zamanı yüngül şəraitdə cəza çəkən məhkumun yerində olmadığını aşkar ediblər.

Hazırda hadisə ilə bağlı operativ-axtarış tədbirləri həyata keçirilir.