Əsgəranda kütləvi məzarlıqda tapılan qalıqların Xocalı soyqırımı qurbanlarına aid olduğu ehtimal edilir
Əsgəranda kütləvi məzarlıqda tapılan qalıqların Xocalı soyqırımı qurbanlarına aid olduğu ehtimal edilir
11:00 08.02.2024
Hadisə
471
Əsgəran qalasının ətrafında kütləvi məzarlıqda tapılan qalıqların Xocalı soyqırımı qurbanlarına aid olduğu ehtimal edilir.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahın birləşmələrinin tərkibində 1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını etiraf edən Beqlaryan Rəşid Aramayisi barəsində istintaq olunan cinayət işi çərçivəsində, ifadələrinin yerində yoxlanılması məqsədi ilə istintaq hərəkətləri zamanı Xocalıdan Ağdam istiqamətində hərəkət edən dinc əhalinin Əsgəran qalası yaxınlığında pusquya salınaraq, qətli yetirilməsi və meytlərinin həmin qalanın yaxınlığında basdırılması barədə məlumat verib.
Məlumata görə, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ötən ilinin oktyabr-noyabr aylarında axtarış-qazıntı işlərinə start verilib, lakin əlverişsiz hava şəraiti səbəbindən işləri başa çatdırılmayıb: "Fevral ayından başlayaraq qazıntı işləri davam etdirilib və nəticədə Xocalı sakinlərinə aid olması ehtimal edilən gördüyünüz bu kütləvi məzarlıq aşkar edilib. Burada mütəxəssisləri ehtimalına görə, ən azı 8 şəxsə aid qalıqlar var. Bundan sonra burada davam etdiriləcək axtarış işləri nəticəsində bu rəqəmin artacağı istisna olunmur. Növbəti mərhələdə insan qalıqları eyniləşdirmək məqsədi ilə götürülərək nümunələr aidiyyatı laboratoriyalara təhvil veriləcək və kimliyi müəyyən olunduqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm