Gəncədə yol qəzası baş verib. Biri körpə üç nəfər xəsarət alıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Bak-Gəncə avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova, 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov və 2025-ci il təvəllüdlü Ramal Məhərrəmov xəsarət alıb.
Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.