Goranboyda yol qəzası baş verib

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı 1 qadın ölüb, xəsarət alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.