Göyçayda zəncirvari qəza baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Göyçayın Bərgüşad avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata əsasən hərəkətdə olan üç minik avtomobili toqquşub. Nəticədə xəsarət alanlar olub.
Hadisə yerinə FHN-nin xilasediciləri və polis ə cəlb olunub. Xəsarət alan şəxslər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.