İlbər Ortaylı 5 gündür reanimasiyadadır

78 yaşlı türkiyəli tarixçi, professor İlbər Ortaylı 5 gündür reanimasiyadadır və vəziyyəti stabildir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Sevimli professorumuz İlbər Ortaylı son bir neçə gündür ki, çox ciddi sağlamlıq problemləri ilə mübarizə aparır. Əgər inanırsınızsa, xahiş edirəm onun üçün dua edin. İnanmırsınızsa, ən xoş arzularınızı çatdırın”, - jurnalist Fateh Altaylı qeyd edib.